“Rusiya Ukraynada nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq” - Medvedev

Hazırda oxunan: “Rusiya Ukraynada nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq” - Medvedev

96010

"Rusiya Ukraynanın aqressiyasına cavab olaraq nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq və Kiyev bunu qismən olsa da bilməlidir". 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb. 

“Təsəvvür edin ki, Ukrayna rejiminin ölkəmizin mövcudluğuna təhlükə yaradacaq genişmiqyaslı aqressiyasına qarşı öz ən güclü silahını tətbiq edəcək. Düşünürəm ki, NATO heç bir halda konfliktdə birbaşa iştirak etməyəcək”, - Medvedev qeyd edib. 
O qeyd edib ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün “heç kimə lazım olmayan Ukrayna”nın taleyindən daha önəmlidir. 

“ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar”, Medvedev deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin