Sentyabrın 30-da Vladimir Putinin ölkə parlamentinin palatalarına (Dövlət Duması və Federasiya Şurası) müraciətində Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın tərkibinə daxil olduğunu rəsmən elan edəcək.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Britaniya kəşfiyyatı yayıb.
Mənbə yazır ki, hazırda Ukraynanın bu ərazilərində keçirilən “referendumlar” sentyabrın 27-də başa çatmalıdır.
Rusiya liderləri ümid edirlər ki, ərazilərin ilhaqı ilə bağlı istənilən elan “xüsusi hərbi əməliyyata” bəraət qazandıracaq və münaqişəyə vətənpərvərlik dəstəyini gücləndirəcək.
Böyük Britaniya kəşfiyyatı hesab edir ki, Kremlin bu istəyi Rusiyanın son döyüş meydanındakı uğursuzluqları və keçən həftə elan edilmiş qismən səfərbərliklə bağlı narahatlıqları yatırtmaq məqsədini daşıyır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:42 / 27.09.2022
Putin sentyabrın 30-da Ukrayna ərazilərinin ilhaqını elan edəcək - Britaniya kəşfiyyatı
Hazırda oxunan: Putin sentyabrın 30-da Ukrayna ərazilərinin ilhaqını elan edəcək - Britaniya kəşfiyyatı
Hazırda oxunan: Putin sentyabrın 30-da Ukrayna ərazilərinin ilhaqını elan edəcək - Britaniya kəşfiyyatı
95991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.