Niderlandda hüquq-mühafizə orqanları etirazçılara qarşı mümkün bütün vasitələrdən istifadə edib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Niderlandda karantin məhdudiyyətlərindən narazı insanlar Urk şəhərində müəyyən dağıntılar törədiblər.
Polis qanunsuz nümayişi dağıtmaq üçün su şırnaqlarından tutmuş, göz yaşardıcı qaz, dəyənək, itlərə kimi istifadə edib.
Polisi daşlayan etirazçılar koronavirusa qarşı peyvəndin sınaq məntəqəsini də yandırıblar.
Qeyd edək ki, Avropa Birliyi ölkələrində koronavirusla bağlı vəziyyət pisləşir və vaksin ətrafında qalmaqallar artmaqdadır.
Bizim.Media