"İran PUA-ları ilə Ukraynaya hücumlar artıb" - Hərbi Hava Qüvvələri

Hazırda oxunan: "İran PUA-ları ilə Ukraynaya hücumlar artıb" - Hərbi Hava Qüvvələri

95838

"İran PUA-ları ilə Ukrayna ərazisinə hücumlar intensivləşib". 

Bizim.Media “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.

O bildirib ki, Rusiya ordusu raket əvəzinə Ukraynanı İranın kamikadze dronları ilə daha tez-tez vurmağa başlayıb: 

“Amma biz onlarla mübarizə aparmaq üçün yeni taktikalar hazırlayırıq. PUA-larla hücumlar xüsusilə Xarkov, Odessa və Nikolayev vilayətlərində qeydə alınıb: “Ukraynalı müdafiəçilər effektiv müdafiəni öyrənirlər. Ukrayna Silahlı Qüvvələri atıcı silahlardan, pulemyotlardan, zenit qurğularından, həmçinin elektron döyüş texnikasından istifadə edir”. 

İqnat hesab edir ki, Rusiya dörd "İl-76" nəqliyyat təyyarəsi ilə İrandan bir neçə yüz pilotsuz təyyarə tədarük edə bilər. 

Qeyd edək ki, daha əvvəl Ukraynada İrana məxsus 6 PUA məhv edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin