Lukaşenko: “Rusiya və Belarusu səfərbərliklə qorxutmağın mənası yoxdur” - VİDEO

Hazırda oxunan: Lukaşenko: “Rusiya və Belarusu səfərbərliklə qorxutmağın mənası yoxdur” - VİDEO

95821

“Rusiya və Belarusu səfərbərliklə qorxutmağın mənası yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri bu gün Soçi şəhərində Vladimir Putinlə görüşdə Aleksandr Lukaşenko səsləndirib.

“Bizi səfərbərliklə qorxudurlar, burada (Rusiya nəzərdə tutulur) kimsə xaricə qaçıb. Qulaq asın, Rusiyanın 25 milyon səfərbərlik resursu var. Yaxşı, 30-50 min qaçsın.

Onlar ölkədə qalsaydılar, bizim adamlar olardımı? Qoy qaçsınlar. Bu barədə sizin (Putini nəzərdə tutur) nə hiss etdiyinizi bilmirəm, amma 2020-ci ildə bizim ölkədən bir neçə min nəfər gedəndə heç narahat olmadım”, deyə Belarus lideri qeyd edib.
Lukaşenko əlavə edib ki, gedən belarusluların əksəriyyəti indi geri qayıtmaq üçün xahiş edirlər.

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirir. Hazırda ölkədə qismən səfərbərlik elan edilib. Öz növbəsində Minsk hesab edir ki, səfərbərlik Belarus üçün heç bir təhdid yaratmır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin