Səudiyyə kralından ilginc açıqlama - Torpaqlarımızda 2.5 milyon Suriyalı qaçqın var

Hazırda oxunan: Səudiyyə kralından ilginc açıqlama - Torpaqlarımızda 2.5 milyon Suriyalı qaçqın var

95794
Suriya və İraqdan qaçan on minlərlə qaçqının Avropa qapılarına axın etməsi ilə Avropa şəhərlərinin Körfəz Ərəb ölkələrini qaçqın probleminə laqeyd qalmaq və kömək etməməklə günahlandırmasına görə Səudiyyə Ərəbistanından təəcübləndirən bir açıqlama gəlib.xa0

Səudiyyə Ərəbistanı Kralı Salman ölkəsinin Suriya böhranının başlanğıcından bəri tam 2.5 milyon Suriyalı qaçqın qəbul etdiyini irəli sürüb. Ancaq BMT qeydlərinə görə Səudiyyə Ərəbistanının da daxil olduğu Körfəz ölkələrində deyil 2.5 milyon, bir neçə min qaçqın belə yoxdur.

Səudiyyə xəbər Agentliyi SPA-nın xəbərinə görə, Kral Salman dünən başçılıq etdiyi konfransda Avropadan Riyada yönəldilən ittihamların doğru olmadığını müdafiə edərək, ölkəsinin Suriya böhranının başladığı 2011-ci ildən bəri ümumi 2.5 milyon Suriyalı qaçqınını torpaqlarında saxladığını iddia edib.

Kral ayrıca qonşu ölkələrdəki milyonlarla qaçqınlara da müxtəlif yollarla kömək təmin etdiklərini irəli sürüb.

Ancaq Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Təşkilatına (UNHCR) görə, iyun ayı etibarilə Suriyadakı döyüşdən qaçan milyonlarla insandan 1,761,486-sı Türkiyəyə sığınmış görünür. Gerçək rəqəmin isə qeydlərə istinad etdiyi bu rəsmi rəqəmi çox keçdiyi ifadə edilir.

UNHCR-yə görə iyun 2015 rəqəmləri ilə Livan 1 milyon 183 min 327 nəfərlə Türkiyədən sonra ən çox Suriyalı qəbul edən ikinci ölkə olub.

İordaniya təxminən 630 min, İraq 250 min, Misir də 134 min nəfərə qapılarını açıb.

UNHCR qeydləri başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz ölkələrinə hesaba qatılmayacaq qədər az sayda Suriyalı qaçqının keçdiyini göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin