Rusiyada KVN-də Azərbaycandan DANIŞDILAR - VİDEO

Hazırda oxunan: Rusiyada KVN-də Azərbaycandan DANIŞDILAR - VİDEO

95726

Rusiyanın Birinci kanalında yayımlanan "Клуб веселых и находчивых - КВН"nin (Şən və bacarıqlılar klubu) 1/8 yarıfinal buraxılışında Azərbaycanla bağlı mövzuya toxunulub.

Bizim.Media xəbər verir ki, sözügedən verilişdə iştirak edən komandanın üzvlərindən biri səhnədə tamaşa göstərərkən "Jony" ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin ifa etdiyi "Kometa" mahnısında yer alan "Буря мглою небо кроет, Вихри снежные крутя" şeirini söyləyib.

Bu şeiri səsləndirən komandanın üzvü inandırmağa çalışıb ki, o sözlər ona məxsusdur.

Bundan sonra isə nəhəng monitora əhali arasında keçirilən sorğu nümayiş etdirilib. Həmin şeirin hansı mahnıya aid olması ilə bağlı müsəlman oğlandan sual soruşulub.

O isə cavabında əvvəlcə repçi "Cigan"ın adını çəksə də daha sonra səhvini düzəldərək Azərbaycanlı müğənni "Jony"nin olduğunu söyləyib. 

Səhnədə olan digər komanda üzvü "Sənə ayıb deyil? Düşünürsən ki, əgər Yuliy Solomonoviç Qusman (Azərbaycanlıdır - red.) münsiflər heyyətində əyləşməyibsə azərbaycanlılardan nəsə oğurlamaq olar?" şeiri öz adına çıxarmaq istəyənə səslənib. Qarşı tərəf isə "Bəsdir, bitirək bu söhbəti. Hansı azərbaycanlılardan!?" deyərək cavab verib.

Onların bu monoloqu isə həm tamaşaçılar, həm də münsiflər heyəti tərəfindən alqışla qarşılanıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin