Əskişəhərdə erməni təxribatlarına qarşı aksiya keçirildi

Hazırda oxunan: Əskişəhərdə erməni təxribatlarına qarşı aksiya keçirildi

95712

Sentyabrın 25-də Türkiyənin Əskişəhər vilayətində Ermənistanın Azərbaycana qarşı təxribatları və Ermənistanı sülh sazişinə çağırış ilə əlaqədar aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, Əskişəhərdə yaşayan soydaşlarımız "Ulus Anıtı" meydanında toplaşaraq dövlətimizlə həmrəylik və birlik nümayiş etdirib, dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı haqlı etirazlarını bildiriblər.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət bayraqları dalğalandırılıb, himnləri səsləndirilib.

Tədbirdə “Şəhidlər ölməz, Vətən bölünməz!", "Ermənistan sülhü rədd edir, savaşı seçir!", "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar səsləndirilib, plakatlar açılıb.

Aksiyanın sonunda Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın mətbuata açıqlama verib.

Açıqlamada Ermənistanın işğalçılıq siyasətinə etirazı bildirilib, bölgədə davamlı sülh və əmin-amanlıq üçün Ermənistanın imzalanan sazişin şərtlərinə əməl etməsi istiqamətində çağırış səsləndirilib.

Bildirilib ki, Əskişəhər Azərbaycanlılar Dərnəyi hər zaman başda Azərbaycan dövləti olmaqla, Prezident İlham Əliyev və Azərbaycan əsgərinin yanındadır. Vətən uğrunda canlarından keçən əsgərlərimizi ehtiramla yad edir, türk millətinə başsağlığı veririk.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin