Nazarbayevin qardaşı oğlunun şəriki axtarışa verildi - FOTO

Hazırda oxunan: Nazarbayevin qardaşı oğlunun şəriki axtarışa verildi - FOTO

95657

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı və digər şəxslərə qarşı vergilərdən və büdcəyə digər icbari ödənişlərdən yayınma, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması (yuyulması) faktları üzrə ibtidai istintaqı davam edir.

Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, Satıbaldıulının etibar etdiyi şəxsin adı açıqlanıb.

Bu, Qazaxıstan vətəndaşı, 1983-cü il təvəllüdlü Əfəndi Kamaldır. O, müəllimdir və bir sıra kommersiya müəssisələrinin direktoru vəzifələrində çalışıb.

Əfəndi cinayət yolu ilə gömrük məsələlərini yerinə yetirib və əldə edilən pul və digər əmlakı leqallaşdırılıb.

Bunun üçün Satıbaldıulı ona hesabdan pulun çıxarılması üçün etibarnamə verib.

Məsələn, Əfəndi 2018-ci ilin iyul və avqust aylarında 3 gün ərzində Satıbaldıulının  şəxsi hesabından 37 milyard tenge və 62 milyon ABŞ dolları çıxarıb. Bu epizoda görə o, axtarışa verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin