"İğtişaşçılar məsuliyyətə cəlb ediləcək" - İran DİN 

Hazırda oxunan: "İğtişaşçılar məsuliyyətə cəlb ediləcək" - İran DİN 

95619

“İranda ictimai asayişi pozan şəxslər məsuliyyətə cəlb ediləcək”.

Bizim.Media İran KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi bildirib.

"Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar", - nazir deyib.

İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. Onun sözlərinə görə, tibbi rəydə qızın döyülmədiyi, kəllə sümüyünün sınığı aşkar edilmədiyi bildirilir.

Xatırladaq ki, İranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq ölkədə genişmiqyaslı aksiyalar keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin