“İran Rusiyaya pilotsuz uçuş aparatları tədarükü ilə bağlı xəbərlərə görə Ukrayna ilə münasibətlərin pisləşməsindən təəssüflənir”.
Bizim.Media İran mediasına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O, həmçinin əlavə edib ki, İran Ukrayna və Rusiya arasındakı münaqişədə neytrallığını qoruyur və mübahisələrin siyasi həllinin zəruriliyini bildirir.
N.Kənani Ukrayna hökumətinin qərarına cavab olaraq İranın atdığı müvafiq addımları diqqətə çatdırıb və hökumətə iki ölkə arasında münasibətləri pozmaq istəyən üçüncü tərəflərin hər hansı təsirindən yayınmağı tövsiyə edib.
Qeyd edək ki, ötən gün Ukraynada İrana məxsus 6 PUA məhv edilib. Bunun ardınca Ukrayna İran səfirini ölkədən qovub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:41 / 24.09.2022
İrandan Ukrayna ilə münasibətlərin pozulmasına REAKSİYA
Hazırda oxunan: İrandan Ukrayna ilə münasibətlərin pozulmasına REAKSİYA
Hazırda oxunan: İrandan Ukrayna ilə münasibətlərin pozulmasına REAKSİYA
95601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.