1800 illik tarixi olan qədim limanda arxeoloji qazıntılar BAŞLADI 

Hazırda oxunan: 1800 illik tarixi olan qədim limanda arxeoloji qazıntılar BAŞLADI 

95451

Türkiyənin Mədəniyyət və Turizm nazirliyi Şərqi Aralıq dənizinin ən mühüm və ən böyük limanlarından biri olan Soli Pompeiopolisin qədim limanını müəyyən etmək üçün arxeoloji qazıntı işlərinə başlayıb. 

Bizim.Media xəbər verir ki, Mədəniyyət və Turizm nazirliyinin təşəbbüsü ilə başlayan tədqiqatlara Dokuz Eylül Universitetinin ədəbiyyat fakültəsinin muzeyşünaslıq kafedrasının müdiri Professor Remzi Yağcı rəhbərlik edir.

Qədim Soli Pompeiopolis limanı Türkiyənin Mersin şəhərində yerləşir. Arxeoloji tədqiqatların təxminən iki ay çəkəcəyi gözlənilir.

Professor bölgənin Şərqi Aralıq dənizinin ən böyük limanlarından biri olduğunu qeyd edib:

"Bu, Böyük Pompey tərəfindən qurulan şəhərin limanıdır. Soli Pompeiopolis böyük bir şəhər idi və liman əhəmiyyəti ilə səciyyələnirdi. Roma İmperiyasının limanlarının tədqiq edilməsi uzun müddətdir proqramımızda olub və indi işlər başlayıb. Liman 160 metrlik bir sahəyə bənzəyir və ümumi görünən uzunluğu 320 metrdir. Şəhərin 249-cu ildönümü münasibətilə hazırlanan sikkənin üzərində limanın bir versiyasını görmək olar. 
 

Liman təxminən iki min il əvvəl tam fəaliyyət göstərib. Ərazi qumla dolduğu üçün hazırda limanın demək olar ki, dörddə üçü qumla örtülüb. Bu, Əvvəlcə dalğaları qırmaq və ictimaiyyətə bunun liman olduğunu göstərmək istəyirik.”, - deyə o, bildirib.


Tarixi mənbələrə görə, Soli Pompeiopolis rodosluların qurduğu liman şəhəri olub.

Soli də digər Anadolu şəhərləri kimi öz pulunu çap etmək səlahiyyətinə malik muxtar bir şəhər olsa da sonradan farsların hakimiyyəti altına keçib. Makedoniyalı İskəndər eramızdan əvvəl 333-cü ildə farsları məğlub etdikdən sonra bölgə imperatorluğa birləşdirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin