Ərdoğanın oğlunun Kılıçdaroğluna qarşı məhkəmə iddiası rədd edildi

Hazırda oxunan: Ərdoğanın oğlunun Kılıçdaroğluna qarşı məhkəmə iddiası rədd edildi

95279
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da idarə heyəti üzvlərindən olduğu TÜRGEV-in CHP sədri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib.

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, 100 min lirəlik mənəvi təzminat iddiası Kamal Kılıçdaroğlunun vəqfi rüşvət mərkəzi olmaqda ittihm etməsinə görə qaldırılmışdı. xa0Dəlil çatışmazlığını əsas götürən məhkəmə isə Kılıçdaroğlunun iddialarının təhqir səciyyəsinə daşımadığına dair qərar verib və iddianı rədd edib.

İstanbul 4-cü hüquq məhkəməsində baxılan işdə Kılıçdaroğlu TÜRGEV-in bank hesablarına yatırılan pullara dair ətraflı məlumatların açıqlanmasını, xəzinəyə qeyd olunan daşınmaz əmlakın siyahısının verilməsini, hədiyyə adı altında alınan mülklərin siyahısını tələb edib.

Bundan əvvəl Kılıçdaroğlu çııxşlarından birində TURGEV barədə demişdi: "TÜRGEV ”‹”‹rüşvətin mərkəzidir. Rüşvətin qaynağıdır. Dövlətdən tenderi almazdan əvvəl aparıb TÜRGEV-ə pul verirlər ... . O balanslarını, gəlir-gedər hesabatlarını və kimlərdən hədiyyə aldıqlarını gətirib məhkəmə dosyesinə qoysunlar. Dosyeyə qoymurlar. Qoysunlar. O zaman orada qazanılan tenderə görə necə aparıb oraya rüşvət yatırdıqları görünəcək. Rüşvətlə bəslənən bir quruluş var orada. Tender almayan sadə vətəndaş gedib hədiyyə edirmi?"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin