Tacikistan: "Qiyamçı general ölməyib, sağdır, mühasirədədir"

Hazırda oxunan: Tacikistan: "Qiyamçı general ölməyib, sağdır, mühasirədədir"

95258
Tacikistan müdafiə nazirinin sabiq müavini, qiyamçı general Əbdülhalim Nazorzadənin məhv edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil

Musavat.com-un xəbərinə görə, bu barədə TASS agentliyi Ramit dərəsində aparılan antiterror əməliyyatının gedişindən xəbərdar olan mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, Nazorzadə sağdır, onun gizləndiyi yer müəyyən olunub, aradan çıxa biləcəyi yerlər mühasirəyə alınıb.  Mənbə qeyd edib ki, generalın ölümü əməliyyat zamanı sağ ələ keçirilən tərəfdarları tərəfindən təkzib edilib. Onlar Nazorzadənin sağ olduğunu bildiriblər.

Qeyd edək ki, qiyamçı generalın həlak olması barədə xəbər "Aziya-plyus" agentliyi tərəfindən respublikanın hüquq-mühafizə orqanlarına istinadla yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin