ABŞ-ın Ermənistandakı diplomatı Rusiyaya səfir gedir

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı diplomatı Rusiyaya səfir gedir

95226

Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.
Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada - 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində - çalışıb.

2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, ABŞ-da Prezidentin təklif etdiyi səfirlər Senat tərəfindən ictimai dinləmələrlə təsdiqlənir və qəbul edən ölkə ilə razılaşdırılmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin