Aİ Rusiyaya növbəti sanksiya paketini tətbiq edəcək

Hazırda oxunan: Aİ Rusiyaya növbəti sanksiya paketini tətbiq edəcək

95199

“Avropa İttifaqı (Aİ) Rusiya Prezidentinin qismən səfərbərliyin elan olunması ilə bağlı qərarına cavab olaraq Moskvaya qarşı yeni sanksiyalar hazırlayacaq və Ukraynaya hərbi dəstəyini artıracaq”.

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Aİ-nin yüksək səviyyəli diplomatlarının fövqəladə iclasının yekunlarına dair jurnalistlərə bildirib. 

“Biz Ukraynaya silah verməklə hərbi dəstəyimizi davam etdirəcəyik, bu yardımı artıracağıq və Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər qəbul edəcəyik”, - Borrell qeyd edib. 

Qeyd edək ki, Aİ Rusiyaya qarşı yeddi sanksiya paketi tətbiq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin