Bilirdinizmi? Dünyanın ən məşhur kitabxanasında yarasalar bəslənilir - FOTO 

Hazırda oxunan: Bilirdinizmi? Dünyanın ən məşhur kitabxanasında yarasalar bəslənilir - FOTO 

95120

Portuqaliyanın Koimbra Universitetinin “Joanina” kitabxanası yarasalarla dolu olan məkan kimi tarixdə yer alır. 

Bizim.Media xəbər verir ki, kitabxanada saxlanılan nadir əsərləri zərərvericilərdən qorumaq məqsədilə xeyli sayda yarasa bəslənilir. 

Belə ki, yarasalar gecələr kitablara zərər verən həşəratları ovlamaqla əsərlərin mühafizəsinə xidmət edirlər. Bu səbəbdən kitabxana işçiləri hər axşam dəri parçalarla kitab rəflərini örtür, səhərlər isə həmin parçaların üzərindən yarasaların ifrazatını təmizləyirlər.  

Joanina Portuqaliyanın ilk yarasalar kitabxanası deyil. Belə ki, ölkədə Mafra sarayında yerləşən başqa bir kitabxanada da bakteriyalardan nadir əsərlri qorumaq məqsədilə mövcuddur. 

Qeyd edək ki, 18-ci əsrdə Portuqaliya kralı V Joanın hakimiyyəti dövründə inşa edilmiş kitabxana ölkənin milli dəyərlərindən biri olmaqla yanaşı, gələn turistlərin ziyarət etdiyi əsas məkanlarından biri hesab olunur.  

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin