Ukraynanın şərqində Rusiyanın nəzarətində olan ərazilərdə saxlanılan 5 britaniyalı azad edilərək təhlükəsiz şəkildə geri qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya baş naziri Liz Trass Tvitter hesabında paylaşım edib.
“Ukraynanın şərqində Rusiyapərəst şəxslər tərəfindən saxlanılan beş Britaniya vətəndaşının təhlükəsiz şəkildə geri qaytarılması, onlar və ailələri üçün aylarla davam edən qeyri-müəyyənliyə və əzablara son qoyulması xəbərindən məmnunuq”,- Baş nazir qeyd edib.
Bizim.Media
Hugely welcome news that five British nationals held by Russian-backed proxies in eastern Ukraine are being safely returned, ending months of uncertainty and suffering for them and their families.
— Liz Truss (@trussliz) September 21, 2022