Muşun Varto rayon mərkəzində barrikadalarla yol bağlayıb hərəkət etməyə çalışan PKK-lılara təhlükəsizlik gücləri müdaxilə edib.
Əldə edilən məlumatlara görə, Varto rayon mərkəzində saat 00:30 radələrində 10 nəfərlik bir qrup zibil konteynirləri ilə barrikada quraraq yolu nəqliyyata bağlayıb. Vətəndaşları da hərəkətə çağıran PKK-lılara polis və jandarma qrupları müdaxilə edib. Ara-sıra qarşıdurmaların da yaşandığı əməliyyata kobra vertolyotlar da dəstək verib.
































































































