Rusiyanın hədələrinə Stoltenberqdən CAVAB 

Hazırda oxunan: Rusiyanın hədələrinə Stoltenberqdən CAVAB 

95061

“Bu gün Rusiya Prezidenti Putinin çıxışı göstərdi ki, Ukraynadakı müharibə onun hesablamalarına, planına uyğun getmir”. 

Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Reuters"ə müsahibəsində deyib. 

“Prezident Putin düşünürdü ki, o, bir neçə günə Kiyevi və Ukraynanı götürəcək, ancaq səhv etdi. Bu gün onun səfərbərliklə bağlı qərarı bir daha göstərir ki, Putin yanlış hesablama apardı və strateji səhvə yol verdi”, - NATO Baş katibi vurğulayıb. 
Stoltenberq qeyd edib ki, Rusiya ordusu yaxşı təchiz olunmayıb, orduda komandanlıq zəifdir və ciddi logistika problemləri var:

“Ancaq hər bir halda düşünürəm ki, son qərar vəziyyəti daha da gərginləşdirəcək. Bu isə o deməkdir ki, daha çox ukraynalı və rusiyalı hərbçilər öləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin