Vətəndaş müharibəsinə başlamaq üçün ölkəyə silah gətirildi ”“ SƏFƏRBƏRLIK

Hazırda oxunan: Vətəndaş müharibəsinə başlamaq üçün ölkəyə silah gətirildi ”“ SƏFƏRBƏRLIK

94938
Türkiyə təyyarələri bu gün gecə saatlarında PKK-nın ölkə daxilində və xaricindəki düşərgələrini bombalayıb.

Diyarbəkir hərbi bazasından havaya qalxan təyyarələr terror təşkilatına böyük zərbə vurub.

Əməliyyatda çoxlu sayda döyüş təyyarəsinin iştirak etdiyi deyilir.

Diyarbəkirdə polisin saxladığı avtomobildən isə 2 minaatan, 12 tank əleyhinə mina və çoxlu sayda silah-sursat çıxıb. Araşdırmalar nəticəsində, avtomobilin PKK-ya aid olduğu və silahların terror təşkilatının Türkiyə daxilində fəaliyyət göstərən qruplaşmalara aparıldığı ortaya çıxarılıb. Məlumata görə, PKK bu silahlarla ölkə daxilində vətəndaş müharibəsinin başlamasına start vermək niyyətində olub. PKK-nın Türkiyədə daxili müharibəyə start vermək üçün silahlanmasının qarşısını tamamilə almaq çətinləşib.
 
Keçmiş DTK (KQB) agenti Mixail Şikordinin kənar qüvvələrin Türkiyə daxilində vətəndaş müharibəsi başlatmaq istədiyini, hətta bu prosesə start verildiyini deməsi aşkarlanan silahlar fonunda diqqət çəkir. 
 
Bu arada Türkiyədə şəhid yaxınlarına kömək üçün səfərbərlik də elan edilib. Sosial media üzərindən başlanan kampaniyada şəhid olan əsgər və polislərin ailələrinə böyük miqdarda yardım toplanıb. Kampaniya hazırda da davam edir.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin