Xerson və Luqanskda “referendum” sentyabrın 23-27-də keçiriləcək - Rusiyaya birləşmək istəyirlər - VİDEO

Hazırda oxunan: Xerson və Luqanskda “referendum” sentyabrın 23-27-də keçiriləcək - Rusiyaya birləşmək istəyirlər - VİDEO

94835

Xəbər verdiyimiz kimi, işğal edilən Xerson vilayətinin qondarma "hakimiyyəti" Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün "referendum" elan edib. Bir gün əvvəl oxşar mövzu ilə bağlı “LXR” və “DXR” adlanan qurumların “rəhbərləri” də çıxış ediblər.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Xerson “vilayət administrasiyası” və qondarma “Luqansk Xalq Respublikası” sentyabrın 23-27-də Rusiyaya birləşmək üçün referendum keçirəcək.

Prezident Zelenskinin ofisi isə bəyan edib ki, beynəlxalq hüquqa əsasən, həm Donbass, həm də Krım Ukrayna ərazisi hesab olunur və bu ərazilərin Rusiyaya daxil edilməsi cəhdləri “özünü aldatmaq”dır və heç nəyi dəyişməyəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin