Xəzər Şurası yaradıla bilər – Lavrovdan TƏKLİF 

Hazırda oxunan: Xəzər Şurası yaradıla bilər – Lavrovdan TƏKLİF 

94786

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər Şurası yaradılmasını mövcud qurum və mexanizmlərin fəaliyyətinin optimallaşdırılması üçün səmərəli vasitə hesab edir. 

Bizim.Media xəbər verir ki, Xəzər Şurasının yaradılması təklifi ilə nazir özünün “Mejdunarodnaya jizn” jurnalında dərc olunmuş “Xəzər nadir mehriban qonşuluq regionudur” sərlövhəli məqaləsində çıxış edib.

S.Lavrov beştərəfli formatda mövcud olacaq Xəzər Şurasının bürokratik əngəllərdən uzaq çevik işləyə biləcəyini vurğulayıb. 

Məqalədə S.Lavrov, həmçinin qeyd edib ki, Xəzər beşliyinə daxil olan ölkələr – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan düz çıxış xətlərinin müəyyənləşdirilməsi metodikasına dair saziş layihələrini, eləcə də beştərəfli əməkdaşlığa dair sənədləri tezliklə razılaşdırmalıdırlar. 

Onun sözlərinə görə, Tehran Konvensiyasının bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya edilməsi regional sabitlik maraqlarına xidmət edər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin