Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı “DXR” və “LXR” kimi marionet rejimləri panikaya salıb. Onlar çıxış yolunu anneksiya ilə bağlı “referendum” keçirməkdə görürlər və bunun üçün Kremlə çağırışlar edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yayıb.
Mənbə yazır ki, Rusiya qüvvələri bütün Donetsk və Luqansk vilayətlərinə nəzarət etmir.
Analitiklər bildirir ki, Rusiya prezidenti Vladimir Putin müharibənin hazırkı mərhələsində sadəcə NATO və ya Ukraynanı təhdid etmək yolunu seçə bilər: “Bu addım isə heç bir uğur gətirməyəcək”.
ISW qeyd edir ki, Rusiya rəhbərliyinin Oskol çayı üzərindən irəliləyən Ukrayna qüvvələrinin qarşısını almaq üçün imkanları tükənir.
Kreml isə hesab edir ki, qismən ilhaq həm Rusiya daxilində, həm də yeni ilhaq edilmiş Ukrayna ərazisində müharibəyə əlavə qüvvələri cəlb edə bilər.
“Ancaq Rusiya ordusu ciddi şəkildə zəifləyib və ruhdan düşmüş hərbi hissələrinin yerini doldurmaq üçün yeni qüvvə toplamağa çalışır, lakin istəyinə nail ola bilmir”, deyə ISW yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:25 / 20.09.2022
Kremlin Ukraynanın hücumunu dayandırmaq imkanları tükənir - ABŞ-ın nüfuzlu institutu
Hazırda oxunan: Kremlin Ukraynanın hücumunu dayandırmaq imkanları tükənir - ABŞ-ın nüfuzlu institutu
Hazırda oxunan: Kremlin Ukraynanın hücumunu dayandırmaq imkanları tükənir - ABŞ-ın nüfuzlu institutu
94738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.