Bordo Bərəlilərin PKK “ovu”x9d dünya manşetlərində - “Türkiyəyə təcili müdaxilə edin”x9d

Hazırda oxunan: Bordo Bərəlilərin PKK “ovu”x9d dünya manşetlərində - “Türkiyəyə təcili müdaxilə edin”x9d

94708
Türkiyə ordusunun xüsusi təyinatlıları sayılan “bordo bərəli”x9dlərin Şimali İraqda PKK terror təşkilatına qarşı apardığı uğurlu əməliyyat İngiltərədə ciddi narahatlığa səbəb olub.

“Qafqazinfo”x9d xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatı türk ordusunun Şimali İraqa girərək PKK-ya ağır zərbə vurduğunu bildirib və beynəlxalq ictimaiyyəti Türkiyəyə təcili müdaxilə etməyə çağırıb.xa0
Daily Telegraph, Independent, The Times, BBC və The Guardian kimi nüfuzlu mediaların manşetində yer alan xəbərlərdə Bordo Bərəlilərin azı 400 PKK-lını öldürdüyü, 12-si bomba mütəxəssisi olan 100 terrorçunu isə girov götürdüyü yazılıb. İngiltərə mətbuatı terrorçuların yox olmaq üzrə olduğunu və Türkiyəyə müdaxilənin şərt olduğunu qeyd edib.

Xatırladaq ki, Dağlıca bölgəsində PKK basqını zamanı 16 əsgərin şəhid olmasınan sonra mətbuatda 12 xüsusi təyinatlının yoxa çıxması ilə bağlı xəbər yayılmışdı. Daha sonra onların itkin düşmədikləri və “geri dön”x9d əmri almamaq üçün ratsiyaları söndürərək PKK-ya qarşı gizli əməliyyat keçirdikləri məlum olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin