Rusiyanın 40-a yaxın döyüş gəmisi Xəzər dənizində təlimlərə başlayıb

Hazırda oxunan: Rusiyanın 40-a yaxın döyüş gəmisi Xəzər dənizində təlimlərə başlayıb

94691
Xəzər donanmasının 40-a yaxın döyüş gəmisi Rusiya Mərkəzi Hərbi Dairəsinin döyüş hazırlığının planlaşdırılmamış yoxlanması tədbirləri çərçivəsində təlimlərə başlayıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Qoşun növləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə Xəzər Donanmasının gəmi birləşmələri və sahil qoşunları yüksək dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib.
Həştərxan və Mahaçqaladakı daimi dislokasiya bazalarından Xəzər dənizində təlimlər keçirilən əraziyə 40-a yaxın döyüş gəmisi və köməkçi gəmilər gəlib", - Rusiya Müdafiə Nazirliyindən bildirilib .
Dənizçilər mina və təxribatçılara qarşı tədbirlərin həyata keçirilməsi üzrə təlim keçəcəklər. Təlimlərə ümumilikdə 3 min hərbçi və 120-dən artıq hərbi texnika cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin