ABŞ-ın Alyaska ştatının keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin Respublikaçılar Partiyasından prezidentliyə namizəd məşhur milyarder Donald Trampın yaradacağı hökumətdə Enerji naziri olmaq istədiyini söyləyib.
Axar.az xəbər verir ki, keçmiş qadın qubernator, Trampın apardığı TV verilişində olduğu kimi ona “Qovuldun”x9d demək məcburiyyətində qalmayacağını, lazım gələrsə, Nazirliyi ləğv edib özünü işsiz qoyacağını bildirib.
Bir verilişdə iştirak edən S.Peylin enerji qaynaqları zəngin Alyaskadan gəldiyini söyləyərək Enerji naziri olarsa, Amerikanın ştatlarında yaşayan camaata öz torpaqları üzərində daha böyük idarəçilik hüququ verəcəyini də açıqlayıb.
S.Peylin Prezident Barak Obamanın dağların adını dəyişdirərək turizmlə məşğul olduğunu və daha vacib işlərdən qaçdığını da deyib.

































































































