Pelosi Ermənistanın KTMT-dən çıxa biləcəyinə eyham vurdu

Hazırda oxunan: Pelosi Ermənistanın KTMT-dən çıxa biləcəyinə eyham vurdu

94446

ABŞ Ermənistanın KTMT-yə üzvlüyü və onun Təşkilatdan çıxma ehtimalını şərh etmir, qərarları İrəvan qəbul etməlidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi səsləndirib.

“Biz Ermənistanın digər təşkilatlarla təmaslarını şərh etmirik, lakin Ermənistanın təhlükəsizlik məsələləri bizim üçün önəmlidir. Qərarları Ermənistan verir. Biz yalnız yardım etməyə hazır olduğumuz barədə danışa bilərik”, - deyə N.Pelosi İrəvanda keçirdiyi mətbuat konfransında rəsmi İrəvanın KTMT-nin Azərbaycanla münaqişəyə reaksiyasından və Ermənistanın Təşkilatdan çıxma ehtimalından narazılığı ilə bağlı sualı cavablandırarkən bildirib.

“Biz təhlükəsizlik məsələlərində bizdən nə gözlənildiyini anlamaq üçün buradayıq” deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin