Amerikalı analitik: “Pelosinin Ermənistana səfəri siyasi hiylədir”

Hazırda oxunan: Amerikalı analitik: “Pelosinin Ermənistana səfəri siyasi hiylədir”

94427

Amerikalı analitik Lyuk Koffi həftəsonu Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin niyyətlərinin səmimiliyini şübhə altına alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Koffi Tvitter hesabında yazıb.

MÖVZU İLƏ BAĞLI:

ABŞ Konqresinin spikeri Ermənistana gəldi - FOTO


“O, İrəvana Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalar fonunda gedib. Pelosi deyib ki, onun səfəri “Birləşmiş Ştatların sülhsevər, firavan və demokratik Ermənistana, sabit və təhlükəsiz Qafqaz regionuna möhkəm sadiqliyinin güclü simvoludur”.

Əgər Pelosi Azərbaycana səfər etməsə, onun Ermənistana səfəri Amerika vergi ödəyicilərindən vəsait toplamaq üçün sadəcə siyasi oyun olacaq.

O, həqiqətən Cənubi Qafqazda firavanlıq və sülh haqqında düşünsəydi, Bakıya da səfər edərdi”, – Koffi qeyd edib.

Sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatları baş verib. Döyüş sentyabrın 14-də axşam başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin