ABŞ prezidenti Co Bayden Kraliça II Yelizavetanın dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtına gəlib.
Bizim.Media “CBS News” telekanalına istinadən xəbər verir ki, siyasətçini Londonun Stansted hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.
Bayden Londona səfəri zamanı II Yelizavetanın vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və bazar günü Çarlz III Karlın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.
Bundan əlavə, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster Abbeyində dəfn mərasiminə qatılacaq.
Eyni zamanda sosial şəbəkələrdə London küçələrində böyük Bayden kortejinin videosu aktiv şəkildə yayılır. Eyni zamanda, Böyük Britaniya səlahiyyətliləri əvvəllər bütün beynəlxalq qonaqlardan nəqliyyatın hərəkətini minimuma endirməyi və təklif olunan nəqliyyatdan istifadə etməyi xahiş ediblər.
Bizim.Media