Dünəndən bu yana itkin olan SenegalAir-ə aid Hawker tiplii təcili yardım məqsədli istifadə edilən iş təyyarəsinin Boeing 737-800 tipli sərnişin təyyarəsi ilə toqquşduğu təyin olunub. Təcili yardım təyyarəsi düşərkən, Ceiba hava yollarına aid 737 təcili enib.
5 sentyabrda meydana gələn hadisədə Dakardan qalxan Ceiba hava yollarına aid Boeing 737-800 tipli sərnişin təyyarəsi, 35 min feet (təxminən 11 min 300 metr) hündürlükdə uçarkən sərnişinlər toqquşma səsi eşidib. Təyyarə ən yaxın havalimanı olan Malabo (Ekvatorial Qvineya) Havalımanına təcili eniş edib. Edilən ilk araşdırmada Boeing 737-800 tipli təyyarənin quyruq hissəsində ziyan dəydiyi görülüb.
Hadisədən sonra araşdırma başladılıb. Hava yol nəzarət məlumatları araşdırıldığında Atlantik okeanı üzərində meydana gələn hadisədə, bir Fransız xəstəni daşıyan SenegalAir şirkətinə aid Hawker Siddeley HS-125 tipli bir iş təyyarəsinin radardan itdiyi bildirilib. Bölgəyə axtarış xilasetmə qrupları istiqamətləndirilib. Ambulans təyyarədə ikisi uçuş qrupu olmaqla ümumi 5 nəfərin olduğu açıqlanıb.
Nazir təsdiqlədi
Seneqal Turizm və Aviasiya naziri Maimouna Ndoye Seck etdiyi açıqlamada qəzanı təsdiqləyərək iki təyyarənin havada toqquşduğunu söyləyib. Nazir Burkina Fasonun paytaxtı Ouagadougoudan Seneqala xəstə daşıyan SenegalAir-ə aid təcili yardım təyyarəsinin Atlantik okeanında axtarışına davam etdiyini, qəzayla əlaqədar olaraq araşdırma komissiyasının yaradıldığı bildirilib.
































































































