Dünyanın ən çətin məktəb yolu müəyyənləşib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nepalda yerləşən çətin keçilən məktəb yolunun 100 kilometri qayalıq ərazidən ibarətdir.
xa0
Alman-fransız telekanalı “Arte”x9d bu yola aid “Dünyanın ən təhlükəli məktəb yolu”x9d adlı film çəkib. Filmdə Motul adlı 10 yaşlı şagirdin 4000 metr hündürlüyə qalxması əks olunub. Motul bu yolu sinif yoldaşları və atası ilə birlikdə ildə 4 dəfə qət edir. Tətillərə evinə qayıdanda. Hər səyahət 4 gün vaxt aparır.
xa0
Qeyd edək ki, Himalay dağlarının ətəklərindəki bu ərazidə 12 milyon nepallı yaşayır. Məktəblilər və onların valideynləri hər gün kanatla təhlükəli yolları keçir, habelə gur dağ çayını qət etməli olurlar.
xa0






























































































