Hazırda BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan sərhəddindəki gərginliyi müzakirə edir.
Bizim.Media xəbər verir ki, BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Jenka iclasında çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
BMT TŞ Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı toplanır
“Bu, 2020-ci ildən bəri ən böyük və ciddi toqquşmadır. Bu fakt sübut edir ki, iki ölkə arasında normallaşma prosesi maneələrlə üzləşir. Son eskalasiya tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində, davam edən delimitasiya və demarkasiya prosesində irəliləməsinin təcili ehtiyacını vurğulayır.
Biz tərəfləri bu vacib mexanizmdən yararlanmağa, sərhəddəki gərginliyi aradan qaldırmağa çağırırıq. Toqquşmalar bu regionda və regiondan kənardakı aktorların sülh yolu ilə həll üçün konstruktiv iştirakını bir daha xatırlatdı”, - deyə Miroslav Jenka deyib.
Qeyd edək ki, dünən BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib və bundan sonra Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, hamı Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması və danışıqların bərpasının tərəfdarıdır.
Bizim.Media