Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir

Hazırda oxunan: Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir

93954
Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir, İrəvanda çadır düşərgəsi quruldu

Ermənistanda iki gün əvvəl başlayan “İldırım-2015”x9d komanda-qərargah təlimləri çərçivəsində maraqlı ssenarilər sınaqdan keçirilir.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimlər çərçivəsində İrəvan yaxınlığındakı “Nubaraşen”x9d təlim poliqonunda qaçqınlar üçün şərti çadır düşərgəsi salınıb.

Bundan əvvəl isə Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrindən əhalinin kütləvi evakuasiyası, habelə İrəvandakı mühüm obyektlərin əməkdaşlarının təcili köçürülməsi sınaqdan keçirilmişdi.

Bütün bunlar düşmən ölkədə Azərbaycanla mümkün irimiqyaslı müharibə zamanı başlarına nə gələcəkləri barədə aydın təsəvvürlərin olmasından xəbər verə bilər.

Xəbərlərə görə, İrəvan yaxınlığında qurulan çadır düşərgəsində həyatı və sağlamlığı üçün təhdid yarandığına görə “başqa dövlətdən”x9d Ermənistana gedən qaçqınlar üçün nəzərdə tutulub. Həmin şərti “başqa dövlət”x9din adı göstərilmir. Ancaq sezmək çətin deyil ki, söhbət məhz qondarma “DQR”x9ddən gedir. Əks halda hansı “xarici dövlətin”x9d əhalisinin Ermənistana kütləvi sığınmasından söhbət gedə bilərdi? Xüsusən də təlimlərin ssenarisinə Azərbaycanla sərhəd bölgələrdən əhalinin evakuasiyasının daxil edildiyi nəzərə alınarsa...

Ermənistanın Miqrasiya Xidmətinin rəsmisi Petros Ağababyan deyib ki, ölkə qanunlarına görə, həyatı və sağlamlığı üçün təhdid yaranan qaçqınlara müvəqqəti sığınacaq verilir. Bu məqsədlə müvəqqəti düşərgədə bütün zəruri xidmətlər yaradılıb.

Ermənistanda keçirilən təlimlərdə Azərbaycanla sərhəd ərazilərdən əhalinin evakuasiyası, Qarabağdan qaçan ermənilər üçün düşərgənin salınması kimi elementlərin yer alması bütün təmas xətti boyu şiddətli mövqe döyüşlərinin getdiyi bir vaxtda baş verir.

Bu elementlər onu göstərir ki, tammiqyaslı müharibənin başlayacağı təqdirdə Azərbaycan ordusunun döyüş əməliyyatlarını işğalçı ölkənin ərazisinə keçirə biləcəyini, o cümlədən Dağlıq Qarabağdan ermənilərin kütləvi qaçışının mümkünlüynü Ermənistanda nəzərə alırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin