ABŞ 3 iranlı haker üçün 10 mln. dollar mükafat təyin etdi

Hazırda oxunan: ABŞ 3 iranlı haker üçün 10 mln. dollar mükafat təyin etdi

93935

Amerika İranın 3 kiber ünsürünün həbsinə səbəb olacaq məlumat üçün 10 milyon dollar mükafat təyin edib. 

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, mükafatı Amerika Dövlət Departamentinin "Ədalət üçün Mükafat" proqramının rəsmi “Twitter” hesabı təyin edib. 

Həmin üç nəfər barədə məlumatı olan şəxslərdən xahiş edilib ki, bu məlumatları sözügedən quruma göndərməklə adıçəkilən şəxslərin fəaliyyətinin qarşısını almağa kömək etsinlər.  
Qurum Mənsur Əhmədi, Əhməd Xətibi Oqda və Əmirhüseyn Nikayin Ravəri adlı bu ünsürlər barədə bildirişi və onların fotolarını dərc edərək yazıb:

“Bu üç kiber əməliyyatçı Amerika şəbəkələrini hədələmək və günahsız insanları şantaj etmək üçün kompüterlərinin arxasında gizləniblər”. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin