Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib.
Bizim.Media washingtonpost-a istinadən xəbər verir ki, Kral III Çarlz monarx olduqdan sonra ilk dəfə “Westminster Hall”da deputatların qarşısına çıxıb.
Kral, anasının ölümündən sonra deputatların və insanların rəğbətinə görə dərin minnətdarlığını ifadə edib.
O əlavə edib ki, anası bir monarx kimi fədakarlıq nümunəsi göstərib və o da anasının yolu ilə davam edərək konstitusiya hökumətinə sadiq olacağına söz verib. Daha sonra Kral parlamentdə palatanın spikerləri ilə danışıb.
Qeyd edək ki, Kral çıxışından sonra Edinburqa yola düşüb.
Bu gün Kraliçanın cənazəsi Edinburqdakı Holyroodhouse Sarayından Müqəddəs Giles Katedralına köçürüləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:07 / 12.09.2022
Kral III Karl ilk dəfə parlamentdə çıxış etdi
Hazırda oxunan: Kral III Karl ilk dəfə parlamentdə çıxış etdi
Hazırda oxunan: Kral III Karl ilk dəfə parlamentdə çıxış etdi
93360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.