"Qərb Cənubi Qafqazdan nə istəyir?!" – VİDEO  

Hazırda oxunan: "Qərb Cənubi Qafqazdan nə istəyir?!" – VİDEO  

93279

ABŞ və Avropa İttifaqı üçün Cənubi Qafqaz regionunun geoiqtisadi əhəmiyyəti enerji və nəqliyyat kimi iki vacib istiqaməti əhatə edir. 18 iyul tarixində Azərbaycan və Aİ arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı “Qərb Cənubi Qafqazdan nə istəyir?!” adlı araşdırma materialında qeyd olunub.

Bildirilib ki, sazişə əsasən, cənub-qaz dəhlizi marşrutu vasitəsilə Avropaya gələn il 12 mlrd., bir neçə il sonra isə 20 mlrd. kubmetr həcmində qaz nəql ediləcək.

Həmçinin qeyd edilib ki, Asiya ilə Avropanı bağlayan əsas quru ticarət və tranzit yolları Rusiya, Azərbaycan və İrandan keçir.

Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı Şərq-Qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlər isə sual altındadır. Belə şəraitdə Şərq-Qərb arasında yeganə marşrut Azərbaycan və Gürcüstandan keçir.
Qərbin gözləntisi isə odur ki, qeyd edilən layihələrin təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün Rusiyanın regiona təsiri azalmalıdır. 

Sözügedən materialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin