ABŞ Qarabağda minatəmizləmə əməliyyatlarına 2 mln. dollar ayıracaq

Hazırda oxunan: ABŞ Qarabağda minatəmizləmə əməliyyatlarına 2 mln. dollar ayıracaq

93270

ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 000 000 dollar yardım ayıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Minalar və partlamamış hərbi sursatlar mülki insanları öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına mane olmağa davam edir. Bu vəsait ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki potensialını gücləndirməyə kömək edəcək.  

Bu səylər insanların təhlükəsizliyinin gücləndirilməsi və məcburi köçkünlərin öz evlərinə qayıdıb həyatlarını təhlükəsiz şəkildə bərpa etmələri üçün həlledici rol oynayır", - deyə bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin