Lavrov: “Rusiya Kiyevlə danışıqlardan imtina etmir”

Hazırda oxunan: Lavrov: “Rusiya Kiyevlə danışıqlardan imtina etmir”

93215

“Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin onların Kiyev tərəfindən daha da gecikdirilməsi Moskva ilə razılıq əldə etmək imkanlarını çətinləşdirəcək”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib. 

Lavrov xatırladıb ki, Moskvanın mövqeyini Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşdə bildirib.

“Prezident görüş iştirakçılarına müraciət edərək “Biz danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq” sözlərini deyib”. Nazir jurnalist Pavel Zarubinin suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin