Britaniyada kraliçanın vəfatına görə pul və markalar dəyişdiriləcək

Hazırda oxunan: Britaniyada kraliçanın vəfatına görə pul və markalar dəyişdiriləcək

93065

Böyük Britaniya kraliçası II Elizabetin ölümü bank-maliyyə sisteminə də təsir edib.

Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, ölkədəki pullar və poçt markaları kraliçanın adına bağlı olduğu üçün bunların dəyişdirilməsi gözlənilir.

Hələlik kraliçanın təsviri olan bütün pullar dövriyyədə olsa da, yaxın gələcəkdə bunların dəyişdirilməsi zərurəti yaranıb.

II Elizabet pul üzərində təsviri olan ilk Britaniya hökmdarı olduğu üçün Britaniya tarixində ilk dəfədir belə hal baş verir. Onun vəfatı ilə pul və poçt markalarının dəyişdirilməsi məsələsi müzakirə mövzusu olub. Məsələyə Britaniya Mərkəzi Bankının sədri Endryu Beyli aydınlıq gətirib.

“Ülyahəzrət kraliçanın ölümünü dərin kədər hissi ilə qarşılayırıq. Mərkəzi Bankın adından kral ailəsinə dərin hüznlə başsağlığı verirəm. Lakin pulların dəyişdirilməsi məsələsi sentyabrın 18-də dəfn mərasimi başa çatdıqdan sonra müzakirə edilə bilər. Ülyahəzrət kraliçanın təsviri olan pullar hələ ki, qanuni ödəniş vasitəsidir”, - o bildirib.

Məsələ təkcə Britaniya və funt-sterlinqlə bitmir. Millətlər birliyinə daxil olan bütün ölkələrdə pullar, poçt markaları, pasportlar və digər rəsmi sənədlərin dəyişdirilməsi müzakirə mövzusudur.
Rəsmi nitqdə, məktublarda və himndə “ülyahəzrət kraliça” yerinə, “əlahəzrət kral” ifadəsi yer alacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin