Stoltenberq və Blinken Türkiyə ilə Yunanıstanı dialoqa çağırdı

Hazırda oxunan: Stoltenberq və Blinken Türkiyə ilə Yunanıstanı dialoqa çağırdı

92990

“Türkiyə və Yunanıstan NATO-nun vacib müttəfiqləridir və biz istəyirik ki, onlar fikir ayrılıqlarını diplomatik yolla həll etsinlər”.

Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu ölkələr dəyərli müttəfiqdir və NATO-ya böyük töhfə verirlər:

"Doğrudur, onlar arasında fikir ayrılıqları var və biz gözləyirik ki, onlar bu fərqli yanaşmaları diplomatik yollarla həll etsinlər”.

Entoni Blinken də tərəfləri konstruktiv dialoqa çağırıb.

“Tərəflər fikir ayrılığını konstruktiv yolla, diplomatik vasitələrlə həll etməlidir. Türkiyə də, Yunanıstan da çox vacib tərəfdaşlarımızdır. Bizim qarşımızda çox ciddi təhlükə var: Rusiyanın Ukraynaya təcavüzü. Və biz həmrəy olmalı, öz resurslarımızı Ukrayna üçün dəstəyə yönəltməliyik”, - deyə Blinken vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin