“Putinin “taxıl” açıqlaması yeni qalmaqalın başlamasından xəbər verir” -  İrfan Kayadan Özəl AÇIQLAMA

Hazırda oxunan: “Putinin “taxıl” açıqlaması yeni qalmaqalın başlamasından xəbər verir” -  İrfan Kayadan Özəl AÇIQLAMA

92988

“Putinin taxıl dəhlizi ilə bağlı anlaşmadan sonra Ukrayna taxılının böyük qisminin Avropaya getməsini yenidən Ərdoğanla müzakirə edəcəyini bəyan etməsi, yeni bir skandalın başlanğıcı olacaq, amma taxılın hazırkı qiymətlərinə təsir etməyəcək”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Avropa İttifaqının Türkiyədən olan eksperti İrfan Kaya söyləyib. Ekspert vurğulayıb ki, burada iki əsas məqam var:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: “Taxıl kasıb yox, zəngin ölkələrə daşınır” - VİDEO 


“Müharibənin ilk başlarında  Putin “Şimal Axını 1”-dən  Avropaya gedən təbii qazın həcmini yüzdə iyirmiyə endirdi. Sonra isə bu xətti tamamilə qapatdı, yəni bununla bağlı enerji silahından istifadə etdi ki, bu da Avropaya xeyli təsir göstərdi.

Antoniu Quterreş və Türkiyə prezidenti Ərdoğan vasitəçiliyi ilə əldə olunan taxıl anlaşması hələ 4 ay qüvvədədir və buna görə də, Putinin açıqlaması Avropa üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Çünki Ukrayna taxılı liderlərin əldə etdiyi razılaşmadan sonra Avropa bazarına çıxa bildi və bu da buğdanın qiymətinin aşağı düşməsinə səbəb oldu. Həmçinin özlüyündə dünyada qida məhsullarının qiymət  artımının qarşısını alındı”.

Ekspert deyib ki, Putin bu açıqlaması ilə bildirmək istəyir ki, dünyada yaranacaq taxıl böhranını həll etmək üçün Rusiyanın özündə də kifayət qədər taxıl var:

“Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin də iştirak etdiyi görüşmədə belə bir razılaşma əldə olundu ki, Ukrayna taxılının ardınca Rusiya taxılı da dünya bazarına çıxarılsın. Putin indi embarqolar səbəbiylə rus taxıl gəmilərinin üzləşdiyi problemlərdən bəhs edərək, tezliklə bir növ rus taxılının yolunu da açmaq istəyir.
Razılaşmada qeyd olunurdu ki, Ukrayna taxılı bitdikdən sonra, Rusiya taxılı dünya bazarına çıxacaq. RF prezidenti Ukrayna taxılı bitdikdən sonra Avropanın Rusiya taxılını almamasından ehtiyat edərək, prosesi sürətləndirmək istəyir”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin