“Reptorlar”x9d Avropada ”“ FOTO/VİDEO

Hazırda oxunan: “Reptorlar”x9d Avropada ”“ FOTO/VİDEO

92762
2015-ci ilin avqust ayının 28-dən Almaniyada yerləşən Şpanqdal hərbi-hava bazasına ilk dəfə dörd ədəd beşinci nəsil Lockheed Martin F-22A Reptor Amerika taktiki qırıcısı gəlib.   

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ HHQ (Hərbi hava qüvvələri) 325-ci qırıcı qolunun 95-ci qırıcı eskadrilyasının təyyarələri Tindall (Florida) aviabazasından gəlib.  

Eyni zamanda, 60-cı hərbi-nəqliyyat qolunun hərbi-nəqliyyat təyyarəsi Boeing C-17A Şpanqdala 95-ci qırıcı eskadrilyanın 60 nəfər heyət üzvünü gətirir.  

Bu, F-22A-nın Avropaya ilk yerləşməsidir. Onların Avropada sentyabrın ortasına qədər qalacağı gözlənilir.

Qırıcılar ABŞ Müdafiə Nazirliyinin “European Reassurance Initiative”x9d təşəbbüsü çərçivəsində “Rusiya işğalına qarşı ABŞ müttəfiqlərinin əminliyini möhkəmləndirmək”x9d məqsədi ilə yerləşdiriliblər.

ABŞ HHQ-nın naziri Debora Li Ceyms 2015-ci ilin avqust ayının 25-də Pentaqonda konfrans zamanı birbaşa olaraq bəyan edib ki, F-22A Avropada Rusiyaya siqnal vermək üçün yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin