ABŞ prezidenti Barak Obamanın qızları ayrı-ayrı vaxtlarda eyni libasda görüntüləniblər.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin kiçik qızı Saşa bu yaxınlarda “Tory Burch”x9ddan olan donda obyektivlərə tuş gəlib. Eyni paltarı hələ iyunda onun böyük bacısı Maliya da geyinmişdi.
Saşa libasını dəri çanta və sandallarla tamamlayıb.
Maliya isə həmin paltarı “Mary Jane”x9ddən olan ağ ayaqqabıya uyğunlaşdırmış və saçlarını açıq saxlamışdı. 

































































































