Ukraynalı qadın NATO-nun baş katibi ola bilər

Hazırda oxunan: Ukraynalı qadın NATO-nun baş katibi ola bilər

92696

Kanada hökumətinin baş nazirinin müavini Kristia Friland NATO-nun baş katibi vəzifəsinə namizədlərdən biridir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “CBS NEWS” telekanalı yayıb.

Mənbə Frilandın milliyyətcə ukraynalı olduğunu yazıb.

NATO-nun mənzil-qərargahının yerləşdiyi Ottava, Vaşinqton və Brüsseldəki mənbə Frilandın adının bir neçə aydır Alyansın hazırkı baş katibi Yens Stoltenberqin potensial varisi kimi beynəlxalq müdafiə və təhlükəsizlik dairələrində müzakirə edildiyini bildirib. 
Xatırladaq ki, Yens Stoltenberqin səlahiyyət müddəti bu ay bitməli idi, lakin NATO liderləri müddəti 2023-cü ilə qədər uzadıblar.

Yens Stoltenberqin dəyişdirilməsi ilə bağlı ciddi müzakirələr 2020-ci ilin əvvəlində, hazırkı Baş katibin son səlahiyyət müddətindən xeyli əvvəl başlayıb.

2021-ci ilin yayında Amerikanın “Politico” nəşri üç keçmiş prezident - Xorvatiyadan Kolinda Qrabar-Kitaroviç, Litvadan Dalya Qribauskayte və Estoniyadan Kersti Kalyulaidin Alyansın rəhbəri vəzifəsinə əsas namizədlər arasında olduğunu yazıb.
Alyans bu vəzifəyə qadın təyin etmək istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin