Vatikan Bankının keçmiş rəhbəri 8 il 11 ay həbs aldı - FOTO

Hazırda oxunan: Vatikan Bankının keçmiş rəhbəri 8 il 11 ay həbs aldı - FOTO

9262

Vatikan Bankı kimi tanınan Dini İşlər İnstitutunun keçmiş rəhbəri Anjelo Kalola mənimsəmə və çirkli pulların yuyulmasında günahkar bilinir.

20 il  (1989-2009 illər) Dini İşlər İnstitutunun (IOR) prezidenti olan Kalo ilə bankın o dövrdəki vəkillərindən olan Qabriel Lyutso və oğlu Lamberto Lyutso barəsində külli miqdarda mənimsəmə və çirkli pulların yuyulması ittihamı ilə mühakimə olunduqları məhkəmədə hökm oxunub. 

Bizim.Media Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, Vatikan Məhkəməsinin sədri Cüzeppe Piqnatone 2018-ci ildən bəri davam edən məhkəmə prosesindən sonra Anjelo Kalola və Qabriel Lyutsoya 8 il 11 ay həbs cəzası və 12.500 avro pul cəzası verildiyini elan edib.

Piqnatone Lamberto Lyutsonun 5 il 2 ay həbs və 8000 avro pul cəzasına məhkum olduğunu açıqlayıb.

Məhkəmə həmçinin ziyan görmüş Vatikan Bankına 23 milyon avro təzminat və müttəhimlərin bütün hesablarına əl qoyulmasını əmr edib.

Hakimin hökmü açıqlamasından sonra hər üç şəxs məhkəmə boyunca özlərinə qarşı ittihamları rədd edərək qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər. 

Qeyd edək ki, Anjelo Kalola Vatikanda maliyyə cinayətində günahlandırılan ən yüksək vəzifəli dövlət məmuru hesab edilir. 

Xatırladaq ki, Vatikan bankının keçmiş prezidenti Anjelo Kalolaya və Qabriel Lyutso 2001-2008-ci illərdə daşınmaz əmlakla bağlı qanunsuz əməliyyatlar aparmaqda şübhəli bilinirlər. Həmin dövrdə Dini İşlər İnstitutunun balansında 160 mln avro dəyərində olan obyektlərin satışa çıxarılıb.

Pozuntular Dini İşlər İnstitutunda 2013-cü ildə Roma Papası 16-cı Benediktin göstərişi ilə aparılan yoxlamalar zamanı aşkarlanıb. Onun xələfi Fransisk isə yoxlamaların genişləndirilməsinə dair göstəriş verib.

İstintaq materiallarına əsasən, şübhəli şəxslər daşınmaz əmlakla bağlı yol verdikləri spekulyasiyalar nəticəsində, ümumilikdə, 50-60 mln avro əldə ediblər.

Qalan məbləğin tapılması üçün İtaliya və beynəlxalq maliyyə institutlarının yardımından istifadə etmək planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin