Ukrayna öz vətəndaşlarına səsləndi: “Bu ərazini tərk edin”

Hazırda oxunan: Ukrayna öz vətəndaşlarına səsləndi: “Bu ərazini tərk edin”

92604

Ukrayna vətəndaşlarını Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yerləşən yaşayış məntəqələrini tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Ukrayna Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk Telegram səhifəsində bu bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Rusiya hər hansı humanitar dəhlizlərə məhəl qoymur, ona görə də vətəndaşlardan xahiş olunur ki, bu əraziləri özbaşına tərk etməyin yolunu tapsınlar.

“Reinteqrasiya Nazirliyi AES-ə yaxın mülki əhalinin evakuasiyası üçün humanitar dəhliz tələb edib. Lakin hələ də müsbət cavab alınmayıb”, - deyə İrina Vereşuk əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin