Ukrayna xarici işlər naziri Dmitri Kuleba müharibə cinayətləri ilə bağlı xüsusi tribunalın təşkili barədə çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı özünün Tvitter hesabında paylaşım edib.
“Putin açıq şəkildə Ukraynaya qarşı təcavüz cinayətini etiraf etdi və “Biz bunu şüurlu şəkildə etdik” sözlərini dedi. Mən bir daha bütün dövlətlərə səslənirəm:
Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyin. Cinayət göz qabağındadır. Ədalət təmin olunmalıdır”, - deyə Kuleba qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:06 / 07.09.2022
“Xüsusi tribunal təşkil edilməlidir” - Ukraynadan ÇAĞIRIŞ
Hazırda oxunan: “Xüsusi tribunal təşkil edilməlidir” - Ukraynadan ÇAĞIRIŞ
Hazırda oxunan: “Xüsusi tribunal təşkil edilməlidir” - Ukraynadan ÇAĞIRIŞ
92521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.