Ceyms Bond haqqında yeni filmin premyerasını yenidən təxirə saldılar

Hazırda oxunan: Ceyms Bond haqqında yeni filmin premyerasını yenidən təxirə saldılar

9249

Agent “007” haqqında çəkilən "Ölmək vaxtı deyil" adlı yeni filmin premyerası bu ilin oktyabr ayınadək təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə filmin yaradıcıları “Tvitter”də yazıb.

Filmin 8 oktyabr 2021-ci ildə bütün dünyada prokata çıxacağı gözlənilir.

Daha əvvəl Bloomberg informasiya yaymışdı ki, MGM kinoşirkəti Netflix korporasiyası və Apple şirkəti ilə striminq platformasında Ceyms Bond haqqında yeni filminin nümayişi barədə danışıqlar aparıb. 

Agentliyin məlumatına görə, kino şirkətinin nümayəndələri danışıqlara şərh verməkdən imtina ediblər və filmin "satılmadığını" bildiriblər.

Əvvəlcə "Ölmək vaxtı deyil" filminin dünya premyerası 2020-ci ilin aprelinə planlaşdırılmışdı, lakin koronavirus infeksiyası fonunda 2 aprel 2021-ci il tarixinədək təxirə salınmışdı. 

Filmin rejissoru Kari Fukunaqadır. Ceyms Bond rolunu yenidən aktyor Daniel Kreyq oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin