Britaniyanın yeni Baş naziri: "Mənim cəsarətli planım var" - VİDEO

Hazırda oxunan: Britaniyanın yeni Baş naziri: "Mənim cəsarətli planım var" - VİDEO

92423

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, ölkəsinin daxili problemlərindən, dünyada baş verən hadisələrdən danışıb.

Liz Trass vurğulayıb ki, hazırda Britaniya ictimaiyyəti Ukrayna müharibəsinin, həmçinin koronavirusun yaratdığı qlobal problemlərlə üzləşib. 
Baş nazir vergilərin azaldılması və islahatlar yolu ilə iqtisadiyyatı inkişaf etdirmək üçün cəsarətli planı olduğunu açıqlayıb.

Qeyd edək ki, Trass bu gün Balmoral qəsrinə gedib və Kraliçanın yeni hökumətin qurulması ilə bağlı rəsmi müraciətindən sonra o, Böyük Britaniyanın Baş naziri olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin